Suriyada baş verən iğtişaşlar zamanı üç nəfər həlak olub

Baş səhifə

Bakı. Trend:

Suriyanın Latakiya və Tartus vilayətlərində baş verən iğtişaşlar
zamanı ən azı üç nəfər ölüb, 55 nəfər yaralanıb.

Trend-in
məlumatına görə, bu barədə “Syria TV” televiziya kanalı xəbər
verib.




Məlumata əsasən, ölənlər arasında ölkənin yeni hakimiyyəti
dövründə təhlükəsizlik qüvvələrinin bir üzvü də var.

Qeyd edək ki, bundan əvvəl ərəb KİV-ləri Latakiya və Tartus
vilayətlərindəki etirazlar barədə məlumat verib. “Syria TV”nin
məlumatına əsasən, Suriya Ali Ələvi İslam Şurasının rəhbəri Şeyx
Qəzəl Qəzəl etirazlara çağırış edib.