
Bakı. Trend:
Qəzza zolağında İsrail tərəfindən 10 oktyabr 2025-ci il
tarixində qüvvəyə minən atəşkəs rejiminin 969 pozulması qeydə
alınıb.
Trend-in
məlumatına görə, bu barədə Qəzza zolağı hakimiyyətinin mətbuat
xidməti “Telegram” kanalında yazıb.
Məlumata əsasən, bu dövrdə Qəzza hakimiyyəti İsrail tərəfindən “sazişin 969 dəfə pozulmasını” qeydə alıb. Bunlardan 455-i hava və
artilleriya zərbələri, 298-i Fələstin mülki şəxslərinə və onların
evlərinə atəş açma, eləcə də yaşayış binalarına və inzibati
binalara ziyan dəyməsi və ya dağıdılması, İsrail hərbi texnikasının
sektorun müxtəlif ərazilərinə daxil olması ilə müşayiət olunan
digər hadisələrdir.
Bu hadisələr nəticəsində 418 fələstinlinin öldüyü, 1140-dan çox
insanın isə yaralandığı bildirilib.


