Bakıda avtoxuliqanlıq edən sürücü həbs olunub

Baş səhifə

Bakı. Trend:

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) əməkdaşları
tərəfindən yol hərəkəti qaydalarını kobud şəkildə pozub,
avtoxuliqanlıq edərək digər hərəkət iştirakçılarının həyat və
sağlamlığına real təhlükə yaradan “Tofaş” markalı 99-KG-772 dövlət
qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Asif Abbaszadə
saxlanılıb.

Trend-in məlumatına görə, bu barədə BŞDYPİ-dən bildiriblər.




Bildirilib ki, sürücü barəsində Azərbaycan Respublikasının
İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən protokol
tərtib olunaraq baxılması üçün aidiyyəti məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə sürücü A. Abbaszadənin nəqliyyat vasitəsini
idarəetmə hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, 30 sutka
inzibati qaydada həbs edilib.