Bakı. Trend:
Güclü külək Litvada 7 mindən çox istehlakçını elektrik enerjisiz
qoyub, hava şəraiti ilə əlaqədar Klaypeda Dövlət Dəniz Limanında
gəmiçilik məhdudlaşdırılıb.
Trend-in məlumatına görə, bu barədə Litvanın “LRT” radiosuna
Hidrometeorologiya Mərkəzinin nümayəndəsi Yan Vaitkeviç deyib.
“Gecədən sonra 5,5 min istehlakçı hələ də işıqsız qalıb. Lakin
səhər saatlarında da külək sakitləşməyib, külək qasırğaya yaxın
sürətlə əsməyə davam edib. Zərər çəkən istehlakçıların sayı 7,1
minə çatıb”, – deyə o bildirib.
Küləyin sürəti 31 m/s-yə çatıb. Qasırğa ölkənin qərb hissəsinə
xüsusilə güclü təsir göstərib. Klaypeda Dəniz Limanı İdarəsi
gəmiçiliyi məhdudlaşdırmaq məcburiyyətində qalıb. Dalğanın
hündürlüyü 5 metri keçib.

