Ağdərədə yollar xüsusi texnikalarla təmizlənir

Baş səhifə

Ağdərə. Trend:

Ağdərə rayonuna güclü qar yağıb.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti
və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-in yerli bürosuna verilən məlumata görə,
intensiv qar yağışı bəzi istiqamətlərdə hərəkətdə qismən
çətinliklər yaratsa da xidmətin balansında olan xüsusi texnikalar
vasitəsilə avtomobil yolları operativ şəkildə qardan təmizlənib.Yol
infrastrukturu nəzarətdə saxlanılır, hərəkətin təhlükəsizliyini
təmin etmək məqsədilə yollara qum və buz əleyhinə maddələr
səpilib.Görülən tədbirlər nəticəsində avtomobillərin hərəkəti tam
təmin olunub.




Mövcud hava şəraitinə baxmayaraq, rayon ərazisində elektrik
enerjisi, təbii qaz və içməli su təchizatında hər hansı problem
qeydə alınmayıb. Əhali fasiləsiz olaraq kommunal xidmətlərlə təmin
edilir. Hazırda aidiyyatlı qurumlar gücləndirilmiş iş rejimində
fəaliyyət göstərir.