Bakı. Trend:
Braziliya millisinin futbolçusu Renan Lodi özünə yeni komanda
tapıb.
Trend-in
məlumatına görə, 27 yaşlı müdafiəçi karyerasını ölkəsində davam
etdirəcək. O, “Atletiko Mineyro” ilə müqavilə imzalayıb.
R.Lodi karyerası ərzində “Atletiko Madrid” (İspaniya), “Marsel”
(Fransa) və “Nottinqem Forest”(İngiltərə) komandalarında çıxış
edib.

