Naxçıvanda qarın hündürlüyü 29 santimetrə çatıb

Baş səhifə

Bakı. Trend:

Naxçıvan Muxtar Respublikasında qarlı-şaxtalı hava şəraiti hökm
sürür.

Trend-in
məlumatına görə, bu barədə Naxçıvan Muxtar Respublikası Ekologiya
və Təbii Sərvətlər Nazirliyindən xəbər veriblər.




Məlumata əsasən, hazırda muxtar respublikanın şəhər və
rayonlarına qar yağır.

Ordubad rayonun yüksək dağlıq ərazilərində (3000 m) qarın
hündürlüyü 29, Parağaçay Qar Uçqunu Stansiyasında 7, Şahbuz
rayonunun Kükü kəndində 16, Şərurda 5, Sədərək və Kəngərlidə 3,
Şərurun Axura kəndində isə 8 santimetr qeydə alınıb.