
Paris polisi Eyfel qülləsinin qarşısındakı Trokadero meydanında fişənglər və tüstü bombalarından istifadə etdiklərinə görə 40 nəfəri saxlayıb.
“Report”un məlumatına görə, bu barədə BFMTV telekanalı paytaxt polis prefekturasındakı mənbəyə istinadən xəbər verib.
Kanalın məlumatına görə, saxlanılan şəxslər həmçinin Sena sahilində fişənglər atıblar.
Hüquq-mühafizə orqanlarının əməkdaşları qanun pozucularını videomüşahidə kameralarının görüntüləri vasitəsilə müəyyən ediblər.
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin


