
Bakı. Trend:
“Əl-Nəsr”in ulduz futbolçusu Kriştian0 Ronaldo “Əl-Oxdud”
üzərində qələbədən sonra paylaşım edib.
Trend xəbər verir ki,
Ər-Riyad təmsilçisi Səudiyyə Ərəbistanı çempionatının 11-ci turu
çərçivəsində keçirilən oyunda 3:0 hesabı ilə qalib gəlib.
Portuqaliyalı hücumçu bu matçda dubl edib. Bununla da o,
karyerasındakı qollarının sayını 956-ya çatdırıb.
“Əzmkar zəhmət uğura aparan yoldur”– deyə Ronaldo oyundan sonra
paylaşım edib.


