Kanada Ukraynaya 1,8 milyard dollar həcmində yardım ayıracaq

Baş səhifə

Bakı. Trend:

Kanada Ukraynaya əlavə olaraq 2,5 milyard Kanada dolları
(təxminən 1,8 milyard ABŞ dolları) məbləğində iqtisadi dəstək
göstərməyi planlaşdırır.

Trend-in
“Reuters”ə istinadən verdiyi məlumata görə, bu barədə Kanadanın Baş
naziri Mark Karni ölkədə səfərdə olan Ukrayna Prezidenti Volodimir
Zelenski ilə görüş zamanı açıqlama verib.

Karni bildirib ki, ayrılan bu vəsait Beynəlxalq Valyuta Fondu,
Dünya Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən
maliyyələşmənin cəlb olunmasına, eləcə də bərpa prosesinin
başlanmasına töhfə verəcək.




Zelenski isə göstərilən dəstəyə görə Kanadanın Baş nazirinə
təşəkkürünü ifadə edərək, Rusiya-Ukrayna müharibəsinin
dayandırılmasının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, buna
nail olmaq üçün Rusiyaya təzyiqin artırılması və Ukraynaya
yetərincə güclü dəstəyin göstərilməsi əsas şərtlərdir.

Ukrayna Prezidenti həmçinin Mark Karni ilə ölkəsinin hava
hücumundan müdafiə imkanlarının gücləndirilməsi məsələsini müzakirə
etməyi planlaşdırdığını qeyd edib.

O əlavə edib ki, diplomatik müstəvidə müəyyən irəliləyişlər olsa
da, Rusiyaya qarşı müdafiə potensialının zəiflədilməsi
qəbuledilməzdir.