
Bakı. Trend:
Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 150 m² olan kürsülü,
birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları 20 m² sahədə və
dam örtüyü 10 m² sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, evin qalan hissəsi
yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

