
Bakı. Trend:
Tayvan sahillərində 6,7 maqnitudalı zəlzələ baş verib.
Trend xəbər verir ki, bu
barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələnin episentri təxminən 397 min nəfərin yaşadığı Kilun
liman şəhərindən 63 km cənub-şərqdə, 68 km dərinlikdə yerləşib.
Zərərçəkənlər və dağıntılar barədə məlumat verilməyib.


