Ermənistanda “Vətəndaş Müqaviləsi” partiyasının 7-ci siyasi toplantısı keçirilib

Baş səhifə
Ermənistanda Vətəndaş Müqaviləsi partiyasının 7-ci siyasi toplantısı keçirilib

Ermənistanın Artaşat icmasında “Vətəndaş Müqaviləsi” partiyasının 7-ci siyasi toplantısı keçirilib.

“Report” erməni KİV-nə istinadən xəbər verir ki, bu barədə partiyanın mətbuat xidməti məlumat yayıb.

Toplantı çərçivəsində partiyanın idarə heyətinin sədri, Ermənistanın Baş naziri Nikol Paşinyan və partiyanın seçki qərargahının rəhbəri, baş nazirin aparat rəhbəri Araik Arutyunyan məruzələrlə çıxış edərək toplantı iştirakçılarının suallarını cavablandırıblar.

Qeyd olunur ki, toplantıda partiyanın proporsional siyahısının formalaşdırılması, seçki strategiyası, həmçinin 2026-cı il parlament seçkilərində partiyanın seçki qərargahının fəaliyyəti müzakirə olunub.