Yəmənin ərazi bütövlüyünə dəstəyimizi yenidən bəyan edirik – XİN

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Səudiyyə Ərəbistanı Krallığı və Birləşmiş Ərəb
Əmirliklərinin Yəmən Respublikasında gərginliyin azaldılması,
təhlükəsizliyin möhkəmləndirilməsi və sabitliyin təşviqi
istiqamətində atdığı addımları alqışlayır.

Trend xəbər verir ki, bu
barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” sosial şəbəkəsində
paylaşdığı açıqlamada qeyd olunub.

Açıqlamada vurğulanıb ki, Yəməndəki hazırkı vəziyyət təmkin
nümayiş etdirməyi, birgə səylərə, dialoqa və münaqişənin sülh yolu
ilə həllinə üstünlük verilməsinin vacibliyini göstərir.

Bildirilib ki, Azərbaycan Yəmən Respublikasının birliyi,
suverenliyi və ərazi bütövlüyünə dəstəyini bir daha təsdiqləyir,
həmçinin ölkədə davamlı sülhün, rifahın və inkişafın təmin olunması
naminə yəmən xalqının maraqlarının qorunmasına yönələn bütün
təşəbbüsləri yüksək qiymətləndirir.