Bu il cəza çəkməkdən azad edilmiş 1218 şəxs məşğulluğa cəlb edilib

Baş səhifə
Bu il cəza çəkməkdən azad edilmiş 1218 şəxs məşğulluğa cəlb edilib

Cari ilin 11 ayında penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş 1218 şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə edilib.

Bu barədə “Report”a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyindən məlumat verilib.

Bildirilib ki, onlardan 919 şəxs münasib işlərlə təmin olunub. 254 şəxs isə kiçik ailə təsərrüfatlarını yaratmaları üçün özünüməşğulluq proqramına cəlb edilib.

Bununla yanaşı, 45 işsiz şəxs üçün peşə hazırlığı kursları təşkil olunub.