Honkonqda “Labubu”ya həsr olunmuş kütləvi sərgi keçirilib

Baş səhifə

Bakı. Trend:

Dünyanın ən populyar oyuncaqlarından birinə çevrilmiş Labubu
adlı elf personajın 10 illiyi münasibətilə “Asia Society Center”
kütləvi sərgi keçirilib.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.

Sərgidə Labubunun çinli yaradıcısı yazıçı-rəssam Kasinq Lunqun
yaratdığı başqa personajların oyuncaqları və əsərləri də təqdim
olunub.




2024-cü ilin yekunlarına əsasən, Labubu Şərqi və Cənub Şərqi
Asiyada, o cümlədən Çin, Tailand, Sinqapur, Cənubi Koreya və
Yaponiyada ən populyar oyuncaq olub. 2025-ci ildə isə bu dişli elf
ABŞ-dan Rusiyaya kimi hər yerdə əsas oyuncaq trendinə çevrilib.

Kasinq Lunq peşəkar yaradıcılığına 2015-ci ildə Skandinav
əsatirlərindən ilhamlanaraq yazdığı “The Monsters” (“Bədheybətlər”
–red.) adlı hekayələr silsiləsi ilə qədəm qoyub. 2019-cu ildə
rəssam və yazıçı Çin oyuncaqlar istehsalçısı Pop Mart şirkəti ilə
müqavilə bağlayıb və şirkət onun qəhrəmanları mövzusunda kuklalar
istehsal etməyə başlayıb. Labubu personajı tədricən böyük
populyarlıq qazanıb. Hazırda kukla 300-dən çox müxtəlif rəng, forma
və ölçüdə istehsal olunur.