ABŞ-də rekord: Kaliforniyada 72 saat yağış yağıb

Baş səhifə

Bakı. Trend:

ABŞ-nin Kaliforniya ştatına şiddətli qasırğanın gətirdiyi leysan
72 saat ərzində Los-Ancelesə yarım illik yağıntı miqdarını
gətirib.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.




Məlumata görə, normadan artıq yağan yağış daşqınlara və torpaq
sürüşmələrinə səbəb olub, riskli ərazilərdə yaşayanlara təcili
təxliyə göstərişləri verilib.

Ümumilikdə, ştat ərazisindəki sel və torpaq sürüşmələri
nəticəsində azı 3 nəfər həyatını itirib. Ölənlərdən birinin yerli
şerif müavini olduğu bildirilir.