Ötən gün pirotexniki vasitələr satan 20 nəfər saxlanılıb

Baş səhifə

Bakı. Trend:

Polis əməkdaşları tərəfindən ölkə ərazisində pirotexniki
vasitələrin satışını təşkil edən şəxslərə qarşı növbəti tədbirlər
həyata keçirilib.

Trend xəbər
verir ki, bu barədə DİN məlumat yayıb.




Bildirilib ki, paytaxt və bölgələrdə keçirilən tədbirlərlə
pirotexniki vasitələrin satışı ilə məşğul olan daha 20 nəfər
müəyyən olunaraq saxlanılıb. Onlardan müxtəlif növ yüksək səs və
işıq effekti yaradan pirotexniki vasitələr aşkarlanıb.

Polis əməkdaşları tərəfindən pirotexniki vasitələrin satışının
qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.