Kiyev işıqsız qalıb

Baş səhifə

Bakı. Trend:

Ukraynanın paytaxtı Kiyevdə elektrik təchizatı dayandırılıb.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.

Bundan əvvəl Rusiya Silahlı Qüvvələrinin (RSQ) Kiyev və vilayət
ərazisində energetika obyektlərinə hücumu barədə məlumat
yayılmışdı.




Ümumilikdə Kiyevdə kritik infrastrukturun 7 obyekti hədəfə
alınıb. Rusiya ordusu hücumları “Kinjal” və “Kalibr” raketlərindən
istifadə olunmaqla həyata keçirilib. Zərbələrdən sonra şəhərin
müxtəlif rayonlarında elektrik enerjisinin verilməsində fasilələr
müşahidə olunub. Zərbələr nəticəsində şəhərin bir çox rayonlarında
çoxmərtəbəli binalara düşən mərmilərdən yanğınlar meydana
gəlib.

Həmçinin bildirilir ki, son hücumlardan sonra, paytaxtın üçdə
biri istilik təchizatından məhrum olub.