Bu rayonlara qar yağıb

Baş səhifə

Bakı. Trend:

Dekabrın 27-si saat 10:00-a olan məlumatına əsasən ölkə
ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə
olunub.

Trend xəbər
verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat
yayıb.

Bildirilir ki, yağan qarın hündürlüyü Zaqatalada (Əlibəy) 9,
Daşkəsəndə 6, Şahbuzda 4, Xaltanda 2, Şəkidə (Kişçay) 1 sm-dir.




Düşən yağıntının miqdarı Gədəbəydə 2, Bakıda və Abşeron
yarımadasında, həmçinin Lənkəran, Biləsuvar, Neftçala, Sabirabad,
Göyçay, Yevlax, Mingəçevir, Tərtər, Göygöl, Gəncə, Naftalan,
Şəmkir, Şamaxı, Qobustan, Qubada 1 mm-dir.

Daşkəsən, Göygöl, Gəncə, Balakən, Qəbələ, Şəmkir, Şəki, Şamaxı,
Qobustan, Göyçay, Lerikdə duman müşahidə olunub. Görünüş məsafəsi
500 metrədək məhdudlaşıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 4
dərəcəyədək isti, Aran rayonlarında 2, Naxçıvan MR-da 6, dağlıq
rayonlarda 9 dərəcəyədək şaxta qeydə alınıb.