
Bakı. Trend:
Dekabrın 26-da ölkə ərazisində qeydə alınan 28, əvvəlki
dövrlərdən bağlı qalan 2 cinayətin açılması polis əməkdaşları
tərəfindən təmin olunub.
Trend xəbər verir ki, bu
barədə DİN məlumat yayıb.
Bildirilir ki, axtarışda olduğuna görə ümumilikdə 285, o
cümlədən borclu şəxs qismində axtarışda olan 255 nəfər saxlanılaraq
aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 3, qanunsuz saxlanılan silah-sursatın
götürülməsi və aşkarlanması ilə bağlı 6 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb.


