Kim Çen Inn raket istehsalını artırmağa göstəriş verib

Baş səhifə

Bakı. Trend:

Şimali Koreya lideri Kim Çen Inn qarşıdakı ildə raket və
artilleriya mərmilərinin istehsalının artırılması, eləcə də ordunun
tələbatını qarşılamaq üçün yeni zavodların inşa edilməsi barədə
vəzifəli şəxslərə tapşırıq verib.

Trend xəbər verir
ki, bu barədə KXDR-in dövlət mediasında məlumat yayılıb.




Kim Çen Inn əsas hərbi-sursat zavodlarına səfəri zamanı
ballistik raketlərin və artilleriya mərmilərinin istehsalı ilə
tanış olub, həmçinin modernləşmə üzrə ilkin planları
təsdiqləyib.

O qeyd edib ki, ölkənin raket və mərmi istehsalı sektoru
müharibədən çəkindirmə potensialının gücləndirilməsində həlledici
önəm daşıyır.