
Bakı. Trend:
Özbəkistan kosmosa süni peyk və ilk kosmonavtını göndərməyi
planlaşdırır.
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə Özbəkistan Prezidenti Şavkat
Mirziyoyev bildirib.
“Özbəkistanın müstəqillik tarixində ilk dəfə olaraq kosmosa süni
peykin və ölkəmizin vətəndaşı olan ilk özbək kosmonavtının
buraxılması üzrə işlərə başlamışıq”, – deyə o əlavə edib.
Mirziyoyev vurğulayıb ki, bu addım ölkənin elmi və texnoloji
inkişafına güclü təkan verəcək, həmçinin milli inkişafı yeni
mərhələyə çıxaracaq.


