Polşa PUA-lara qarşı güclü silah hazırlayıb

Baş səhifə

Bakı. Trend:

Polşada düşmənin pilotsuz uçuş aparatını (PUA) bir anın içində
sıradan çıxara bilən “Stratus” adlı elektromaqnit silah sistemi
yaradılıb.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.

Layihə üzərində Qdansk Texniki Universitetindən olan tədqiqat
qrupu çalışıb.




Məlumata görə, “Stratus” sistemində dronların fəaliyyətini pozan
və ya onun elektron komponentlərini məhv edə bilən güclü
elektromaqnit impulslardan istifadə olunur. Belə bir sistem PUA-nı
partlatmadan zərərsizləşdirməyə imkan verir.

Mütərəqqi texnologiya nəzarət altında sınaqlardan keçirilib,
lakin hələ tam istifadəyə verilməyib.

Potensial olaraq, “Stratus” kritik infrastruktur obyektlərinin
mühafizəsində, eləcə də ənənəvi üsulların pilotsuz uçan aparatlarla
mübarizədə əlavə risk yaratdığı kütləvi tədbir yerlərində istifadə
oluna bilər.