“Real Madrid”in baş məşqçisi postuna əsas namizəd məlum olub

Baş səhifə

Bakı. Trend:

“Real Madrid”in baş məşqçisi Xabi Alonsonu əvəz edə biləcək əsas
namizədin adı bəlli olub.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.

Məlumat görə, İspaniya Superkuboku “Real” üçün mövsümün
həlledici mərhələsi ola bilər. Xabi Alonsonun gələcəyi hələ də sual
altındadır və mümkün dəyişiklik halında klub daxilində ən real
alternativ kimi Alvaro Arbeloanın adı ön plana çıxır.




Hazırda “Real” La Liqada turnir cədvəlində 42 xalla ikinci
pillədə qərarlaşıb. Komanda lider “Barselona”dan 4 xal geri
qalır.

İspaniya Superkubokunun yarımfinalında “Real” **“Atletiko”** ilə
üz-üzə gələcək. Qarşılaşma yanvarın 8-də keçiriləcək.