Bakı. Trend:
26 dekabr 2025-ci il – 2 yanvar 2026-cı il tarixləri arasında
İstanbulda və Türkiyənin bir sıra vilayətlərində hava temperaturun
kəskin aşağı düşməsi gözlənilir, bəzi yerlərdə qar yağması ehtimalı
var.
Trend-in
məlumatına görə, bu barədə Türkiyə KİV-ləri xəbər verib.
Məlumata əsasən, İstanbulda temperatur 0 dərəcəyə, Ədirnə və
Kırklarelidə -3 dərəcəyə, Tekirdağ və Kocaelidə -1 dərəcəyə,
Sakaryada -2 dərəcəyə, Yalovada isə +1 dərəcəyə düşəcək.
Dekabrın 27-dən etibarən Kocaeli, Sakarya, Yalova və Anadolunun
dağlıq ərazilərinə qar yağacağı proqnozlaşdırılır.
İstanbul qubernatorluğu 26-27 dekabr tarixlərində şəhərin ən
yüksək ərazilərində qar və ya sulu qar yağacağı barədə xəbərdarlıq
edib, şəhərin qalan hissəsində isə yağış yağacağı gözlənilir.

