Bakı.
Hindistanın Nyu-Dehli şəhərində keçirilən zorxana və pəhləvan
güləşi üzrə Dünya Kubokunda Azərbaycan millisi uğurla çıxış
edib.
Trend-in Gənclər
və İdman Nazirliyinə istinadən verdiyi məlumata görə, zorxana üzrə
komanda yarışlarında millimiz üçüncü yerə çıxıb.
Fərdi mübarizədə isə Xəyyam Orucov bir gümüş və iki bürünc,
Rəsov Səfərov üç bürünc, Nihat Qasımov üç bürünc, Tural
Allahverdiyev bir bürünc medal qazanıblar.
Pəhləvan güləşi üzrə yarışlarda İbrahim Yusubov qızıl, Fərid
Qazıyev isə gümüş medal əldə ediblər.
Ümumi medal sıralamasında Azərbaycan yığması Dünya Kubokunu
üçüncü pillədə başa vurub.

