Kənan “Yuventus”dan 6 milyon avro istəyir

Baş səhifə

Futbol üzrə Türkiyə yığma komandasının və “Yuventus”un ulduzu Kənan Yıldız İtaliya klubunda qalmaq üçün şərtini açıqlayıb.

Metbuat.az xarici mediaya istinadla xəbər verir ki, ildə 1,7 milyon avro maaş alan futbolçu bu məbləğin artırılmasını tələb edib. 20 yaşlı futbolçu “Yuventus”un şərəfini qorumaq üçün ildə 6 milyon avro maaş istəyib. Kənanın “Mən “Yuventus”da ən çox maaş alan futbolçu olmalıyam”, – dediyi iddia olunur.

Qeyd edək ki, Kənan Yıldız bu mövsüm “Yuventus”un forması ilə 22 matça çıxıb. O, 6 qol vurub və 6 qolun ötürməsini verib.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.