Zelenski Uitkoff və Kuşnerle telefon danışığı aparıb

Baş səhifə

Bakı. Trend:

Ukrayna prezidenti Volodimir Zelenski ABŞ Prezidentinin xüsusi
elçisi Stiven Uitkoff və ABŞ prezidentinin kürəkəni, sahibkar Cared
Kuşner ilə telefonla danışıb.

Trend-in
məlumatına görə, bu barədə V.Zelenski “Telegram” kanalında
yazıb.




“İşin bəzi əhəmiyyətli detallarını müzakirə etdik. Ortaq
nəticəyə və davamlı sülhə doğru işləyə biləcək bəzi yaxşı fikirlər
var. Ümid edirəm ki, bu gün müzakirə etdiyimiz Milad razılaşmaları
və ideyaları faydalı olacaq”, – deyə o bildirib.

O, bu “ideyaların” məzmununu açıqlamasa da, əlavə edib ki,
söhbət zamanı Ukrayna Təhlükəsizlik Şurasının katibi Rüstəm Umerov
və Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Andrey Qnatov,
eləcə də Ukraynanın xarici işlər naziri Andrey Sibiha və onun
müavinləri Sergey Kislitsa, eləcə də V.Zelenskinin ofisinin
əməkdaşları İqor Brusilo və Aleksandr Bevz iştirak ediblər.