Bakı. Trend:
ABŞ-nin Arkanzas ştatı sakini Milad gecəsi keçirilən Powerball
lotereyasında 1,82 milyard dollarlıq cekpotu qazanıb.
Trend-in məlumatına görə, bu barədə “AP” agentliyi xəbər
verib.
Məlumata əsasən, o, biletdəki altı lotereya nömrəsinin hamısını
tapıb.
Bu, ABŞ-də indiyə qədər qazanılan ikinci ən böyük lotereya
cekpotu və “Powerball” üçün ən böyük cekpotdur. 2022-ci ilin noyabr
ayında Kaliforniyada 2,04 milyard dollarlıq cekpot qazanılıb.
Qalib olan şəxs mükafatın bütün məbləğini 29 illik ödənişlə və
ya 834,9 milyon dollar birdəfəlik ödənişlə əldə edə bilər.
Qalibdən əlavə, səkkiz oyunçu beş ağ topun nömrələrini tapıb və
hər biri 1 milyon dollar qazanıb.

