
Bakı. Trend:
Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) əməkdaşları Baço
Axalayanı oktyabrın 4-də Tbilisidəki prezident sarayına basqının
əsas təşkilatçısı kimi saxlayıblar.
Trend-in
məlumatına görə, bu barədə Dövlət Təhlükəsizlik Xidməti rəisinin
birinci müavini Laşa Maqradze brifinqdə deyib.
“Toplanan dəlillərə əsasən, Gürcüstanda 4 oktyabr hadisələrinin
əsas təşkilatçısının şəxsiyyəti təsdiqlənib. Müvafiq olaraq, Baçana
(Baço) Axalayanı saxladıq”, – deyə L. Maqradze bildirib.
O əlavə edib ki, keçmiş nazirin həyat yoldaşı Ani Nadareişvili
onunla birlikdə saxlanılıb, lakin təhlükəsizlik qüvvələri onu
sərbəst buraxıb. Onun işi ilə bağlı istintaq davam edir.


