Bakı. Trend:
“Latsio”nun müdafiəçisi Nunu Tavareş karyerasını Səudiyyə
Ərəbistanında davam etdirə bilər.
Trend xəbər verir ki, bu
barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, “Əl-İttihad” portuqaliyalı futbolçunu transfer
etmək istəyir.
İtaliya klubu Tavareşi satmağın əleyhinə deyil. Onlar 25 yaşlı
sol cinah müdafiəçisinin satışından 20-25 milyon avro gəlir əldə
etməyi planlaşdırırlar.

