İslandiyada bu ay üzrə temperatur rekordu qeydə alınıb

Baş səhifə

Bakı. Trend:

İslandiyada Milad ərəfəsində dekabr ayı üzrə temperatur rekordu
qeydə alınıb.

Trend xəbər verir ki, bu
barədə xarici KİV-lər məlumat yayıb.

Məlumata görə, İslandiyanın şərq sahilində yerləşən
Seydisfyordyur adlı kiçik yaşayış məntəqəsində havanın temperaturu
yay göstəricilərinə çataraq 19,8 dərəcə olub.




Meteoroloji müşahidələrin bütün tarixi ərzində altı il əvvəl
qeydə alınmış əvvəlki rekord 0,1 dərəcə fərqlə üstələnib.

İslandiya Meteorologiya İnstitutunun meteoroloqları bu rekordu
isti hava kütlələrinin və güclü küləyin dağlıq ərazilərdə fen
effekti yaratması ilə izah edirlər. Bu effekt zamanı hava aşağı
enərkən qızır.