Bank sektoru üzrә unikal müddәtli әmanәtçi sayı açıqlanıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin dekabrın 1-nə Azərbaycanda banklarda fiziki şәxslәrin
әmanәtlәrinin 67,5%-i (10,7 milyard manat) milli valyutada, 32,5%-i
(5,146 milyard manat) xarici valyutadadır.

Trend bu
barədə Mərkəzi Banka istinadən xəbər verir.

Məlumata görə, fiziki şәxslәrin әmanәt portfelinin 62,9%-i
(9,964 milyard manat) müddәtli әmanәtlәrdәn ibarәtdir. Fiziki
şәxslәrin müddәtli әmanәtlәri noyabr ayında 0,8% vә ya 80,3 milyon
manat, tәlәbli әmanәtlәri isә 3,9% vә ya 218,4 milyon manat
artıb.




Bundan başqa, 2025-ci ilin noyabr ayında bank sektoru üzrә
unikal müddәtli әmanәtçi sayı 2,7% (4,959 әmanәtçi), ilin
әvvәlindәn isә 26,8% (40,409 әmanәtçi) artaraq 190,9 min nәfәri
üstәlәyib.

Eyni zamanda qeyd edilib ki, hesabat dövründə hüquqi şәxslәrin
tәlәbli depozitlәri 16,044 milyard manat olmaqla, hüquqi şәxslәrin
cәmi depozit portfelinin 75,1%-ni tәşkil edib. Cari ilin noyabr
ayında hüquqi şәxslәrin cәmi depozit portfeli 4,1% vә ya 840,4
milyon manat artaraq 21,354 milyard manat tәşkil edib.