Qəzaya uğrayan avtobus 122 nömrəli deyil

Baş səhifə

Mətbuat bu gün Qaradağ rayonunda sərnişindaşıma fəaliyyəti göstərən 122 nömrəli avtobusun qəzaya uğraması ilə bağlı məlumat yayıb.

Məlumatlarda hadisənin Bakı-Qazax magistralının Qaradağ rayonu ərazisindən keçən hissəsində baş verdiyi bildirlib. Qeyd olunub ki, Lökbatan-Çeyildağ-Lökbatan istiqamətində hərəkət edən avtobus Sahil qəsəbəsi ərazisində qəza törətməsi nəticəsində iki sərnişin həlak olub, bir neçə nəfər xəsarət alıb.

Lakin AYNA-dan Modern.az-a verilən məlumata görə, 122 saylı marşrut xətti göstərilən ərazidən keçmir. Qurum hadisə ilə bağlı araşdırma aparıldığını açıqlayıb.

Hazırda hadisənin detalları və qəzanın hansı marşrut xəttinə aid avtobusla bağlı olduğu dəqiqləşdirilir.