Amerikalı sakin təxminən 2 milyard dollarlıq cekpotun qalibi olub

Baş səhifə

Bakı. Trend:

Amerikanın ən məşhur lotereyalarından olan “Powerball”da Milad
bayramı ərəfəsində təşkilatın tarixindən ən böyük cekpotlarından
biri – 1,8 milyard dəyərində mükafat oynanılıb.

Trend xarici KİV-ə
istinadən xəbər verir ki, cekpotun qalibi Arkanzas ştatının sakini
olub.

Lotereyanın rəsmi saytı hələlik həmin bəxtəvərin kimliyini
açıqlamır. Vergilərin çıxılmasından sonra xalis mükafatın 835
milyon dollar təşkil edəcəyi bildirilir.




Bundan başqa daha səkkiz nəfər nisbətən kiçik məbləğli – 1
milyon ABŞ dolları həcmində mükafatları qazanıblar.

Qeyd edək ki, “Powerball” tarixində rekord cekpot məbləğinin
(2,04 milyard dollar ) uduşu 7 noyabr 2022-ci ildə qeydə alınıb.
Qalib Kaliforniya sakini Edvin Kastro olub və o, vergilərin
çıxılmasından sonra xalis 1 milyard dollar əldə edib.