
Bakı. Trend:
Bu ilin yanvar-noyabr aylarında banklararası bazarın həm
təminatsız, həm də təminatlı sektorunda aktivlik yüksək olaraq
qalıb.
Trend xəbər
verir ki, bu barədə “Azərbaycan” qəzetində dərc edilən “Azərbaycan
Respublikası Mərkəzi Bankının 2026-cı il üçün pul siyasətinin əsas
istiqamətləri barədə bəyanatı”nda bildirilib.
Qeyd edilib ki, 11 ayda “Bloomberg” platformasında banklar
arasında milli valyutada 61.8 milyard manat məbləğində 3 482 əqd
bağlanıb.
“Bu dövrdə banklararası repo bazarında 3.0 milyard manat
həcmində 287 əqd bağlanıb”, – məlumatda vurğulanıb.


