İŞİD terror qruplaşmasının Dəməşq üzrə lideri saxlanılıb

Baş səhifə

Bakı. Trend:

Suriya daxili təhlükəsizlik qüvvələri xüsusi əməliyyat keçirib
və əməliyyat zamanı İŞİD terror təşkilatının Dəməşq üzrə lideri
saxlanılıb.

Trend xəbər verir ki, bu
barədə əyalət Daxili İşlər Nazirliyinin idarə rəisi general Əhməd
əl-Dallatinin X sosial şəbəkəsində yayımlanan açıqlamasında
bildirilib.




Bəyanatda deyilir: “Xüsusi təyinatlı qüvvələrimiz hərbi
kəşfiyyat və beynəlxalq koalisiya qüvvələri ilə əməkdaşlıq
çərçivəsində paytaxtın ətrafındakı Muadamiyyə bölgəsində İŞİD-in
dayaq nöqtəsinin məhv edilməsi məqsədilə əməliyyat keçiriblər.
Nəticədə Dəməşqdə fəaliyyət göstərən terrorçu dəstənin lideri Taha
əl-Zuabi və onun bir neçə silahdaşı həbs edilib. Onlardan
partlayıcı kəmərlər və silahlar müsadirə olunub.”

Əl-Dallatinin sözlərinə görə, əməliyyat yerli sakinlərin
təhlükəsizlik qüvvələrini terrorçu dəstənin mövcudluğu barədə
məlumatlandırmasından sonra həyata keçirilib.