AMB: 7 günlük depozit portfelinin xüsusi çəkisi 87 % olub

Baş səhifə
AMB: 7 günlük depozit portfelinin xüsusi çəkisi 87 % olub

Bu il dekabrın 1-nə Azərbaycanda açıq bazar əməliyyatları üzrə sterilizasiya portfelinin tərkibində 7 günlük depozit portfelinin payı 87 % olub.

“Report” bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

“Bu ilin aprel ayından başlayaraq Maliyyə Nazirliyi vahid xəzinə hesabının qalığını kommersiya banklarında depozit şəklində yerləşdirib ki, bu da bank sektorunda likvidliyin avtonom amillər hesabına artımına səbəb olub. Bu şəraitdə AZIR-ı uçot dərəcəsinə yaxın idarə etmək üçün 7 günlük depozit əməliyyatından başlıca açıq bazar əməliyyatı kimi istifadə edilib”, – deyə məumatda qeyd olunub.