Bakı. Trend:
“Roma” Aksel Disasini transfer etməkdə maraqlıdır.
Trend “RMC
Sport”a istinadən xəbər verir ki, İtaliya klubu qış transfer
pəncərəsində “Çelsi” müdafiəçisini icarəyə götürməyi müzakirə edir.
Fransalı futbolçu Roma baş məşqçisi Jan Piero Qasperininin
diqqətini çəkib. O, rəhbərliyə Disasini komandada görmək istədiyini
bildirib.
Qeyd edək ki, 27 yaşlı oyunçu bu mövsüm London klubunda heç bir
matç keçirməyib.

