Bakı. Trend:
Nigeriyanın şimal-şərqində, axşam namazı zamanı məsciddə
partlayış baş verib.
Trend xarici
mediaya istinadla xəbər verir ki, Borno ştatının paytaxtı Mayduquri
şəhərində, əsas Qamboru bazarında yerləşən məsciddə namaz
qılınarkən əvvəlcədən yerləşdirildiyi ehtimal edilən partlayıcı
qurğular işə düşüb.
Partlayış yerli vaxtla təxminən saat 18:00-da baş verib.
“İzvestiya”nın AFP-yə istinadla verdiyi məlumata görə, partlayış
nəticəsində azı yeddi nəfər həlak olub.

