
Avropa Birliyində dağılma prosesi yaşanır.
Metbuat.az xəbər verir ki, Macarıstanın Baş naziri Viktor Orban belə açıqlama verib. O bildirib ki, Brüssel bürokratiyasının imperiya qurmaq səyləri dövlətlərarası harmoniyanı zəiflədir. Avropa Birliyinin fəaliyyətini tənqid edən Orbanın sözlərinə görə, Brüsseldəki bürokratiya imperiya qurmaq səylərini artırarkən, dövlətlər parçalanma prosesi ilə üzləşir.
Orban, “Avropa Birliyində qərarlar Brüsseldə qəbul edilir, lakin onlar həyata keçirilmir. Əvvəlcə bir ölkə onu həyata keçirmir, sonra iki ölkə, sonra üç ölkə. Qəbul edilən qərarlar üzv dövlətlər tərəfindən tətbiq olunmur və bu, mərkəzi hakimiyyətin faktiki olaraq zəiflədiyini göstərir”, – deyə bildirib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


