Xaçmazda növbəti ağacəkmə aksiyası keçirilib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Xaçmaz rayonunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində
31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il
bayramı ərəfəsində növbəti ağacəkmə aksiyası keçirilib. Rayon İcra
Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən aksiya “Xanoba” və
“Samur” sərhəd-keçid məntəqələri arasındakı avtomobil yolunun
kənarında təşkil olunub.

Bu barədə Trend-ə icra hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, ekoloji tədbirdə Xaçmaz Rayon İcra Hakimiyyətinin
başçısı Elnur Rzayev, yerli hüquq-mühafizə orqanlarının, idarə,
müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər və
ictimaiyyət nümayəndələri iştirak ediblər.




Aksiya çərçivəsində magistral yolun kənarında yerli iqlim
şəraitinə uyğun 1000-dən çox şam ağacı əkilib. Əkilən ağaclara
aqrotexniki qulluq göstərilib, suvarılması təmin olunub.

Qeyd edək ki, Xaçmaz rayonunda ağacəkmə aksiyaları mütəmadi
olaraq təşkil edilir. Məqsəd yaşıllıq zolaqlarını genişləndirmək,
rayonun ekoloji tarazlığına töhfə vermək və insanlar arasında
təbiətə qayğı hissini təbliğ etməkdir.