Bakı. Trend:
ABŞ administrasiyası Karib dənizi regionuna xüsusi əməliyyatlar
üçün istifadə olunan çoxlu sayda hava nəqliyyatı vasitələri və
qoşunlar göndərib.
Trend xəbər verir
ki, bu barədə “The Wall Street Journal” qəzeti məlumat yayıb.
Ən azı 10 “Osprey” konvertoplanı və 100-dən çox insan daşıya
bilən “C-17” hərbi-nəqliyyat təyyarəsi bölgəyə göndərilib.
Rəsmi şəxslər hava nəqliyyat vasitələrində qoşun və hərbi
avadanlıq daşındığını təsdiqləyiblər, lakin hərbçilərin sayı və
qoşun növləri barədə məlumat açıqlanmayıb.

