Generalın olduğu təyyarənin qəzaya uğradığı TƏSDİQLƏNDİ – GÖRÜNTÜLƏR

Baş səhifə

Ankaradan Tripoliyə uçan və göyərtəsində Liviya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Məhəmməd Əli Əhməd əl-Həddadın olduğu təyyarə qəzaya uğrayıb.

Modern.az xəbər verir ki, Türkiyənin Daxili İşlər Nazirliyi qəza Kesikkavak kəndi yaxınlığında təyyarənin qalıqlarının tapıldığını bildirib.

Təyyarədə generalla birlikdə 5 nəfər olub.

Qeyd olunur ki, Haymana rayonu üzərində olarkən pilot eniş üçün icazə istəyib. Lakin daha sonra təyyarə ilə əlaqə kəsilib.