
Cənubi Koreyanın kosmosa kommersiya raketi göndərmək üçün ilk cəhdi uğursuz alınıb.
Metbuat.az xəbər verir ki, raket buraxılandan sonra texniki nasazlıq səbəbindən qəzaya uğrayıb. Məlumata görə, “Hanbit-Nano” raketi Braziliyadakı kosmik mərkəzdən buraxılıb, lakin uçuşdan təxminən 30 saniyə sonra qəza baş verib.
Şirkətin açıqlamasında qeyd olunub ki, raket buraxılışdan qısa müddət sonra texniki nasazlıq səbəbindən əvvəlcədən müəyyən edilmiş təhlükəsiz zonada qəzaya uğrayıb və heç bir itki və ya əlavə ziyan olmayıb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


