Gümüş fyuçerslərinin qiyməti tarixi maksimumu yeniləyib

Baş səhifə

Bakı. Trend:

Nyu-York əmtəə birjasının bölməsi olan “Comex”də 2026-cı ilin
mart ayında çatdırılmaqla gümüş fyuçerslərinin qiyməti bir troya
unsiyası üçün 71 dolları ötərək tarixi maksimumunu yeniləyib.

Trend-in
məlumatına görə, bu, ticarət platformasının göstəricilərindən bəlli
olur.




Bakı vaxtı ilə saat 21:04-ə olan məlumata əsasən, qiymətli
metalın dəyəri 3,68 faiz artaraq bir troya unsiyası üçün 71,085
dollar təşkil edib. Saat 21:20-yə yaxın gümüşün qiymətində artım
tempi bir qədər zəifləyərək 71,11 dollar səviyyəsində (+3,71 faiz)
qərarlaşıb.

Eyni zamanda, “Comex” birjasında 2026-cı ilin fevralında
çatdırılmaqla qızıl fyuçerslərinin qiyməti 4 503,9 dollar (+0,77
faiz) səviyyəsində olub.