Braziliya millisinin üzvü ölkəsinə qayıdır

Baş səhifə

Bakı. Trend:

“Əl-Hilal”dan ayrıldıqdan sonra klubsuz qalan Renan Lodi
karyerasını bərpa etməyə hazırlaşır.

Trend xəbər verir ki, bu
barədə xarici KİV-lər məlumat yayıb.




Məlumata görə, braziliyalı futbolçu ölkəsində oynayacaq. Lodi “Atletiko Mineyro” ilə anlaşıb.

27 yaşlı sol cinah müdafiəçisi A Seriyası təmsilçisi ilə 5 illik
müqavilə imzalayacaq.