Bakı. Trend:
Britaniyalı şahzadə Endrünün silah lisenziyası ləğv olunub.
İngiltərənin hüquq mühafizə orqanlarının əməkdaşları bununla bağlı
kral III Karlın 65 yaşlı qardaşına Vindzordakı kral iqamətgahında
baş çəkib.
Trend bu barədə
xarici KİV- ə istinadən xəbər verir.
Məlumata görə, təcrübəli ovçu daha ov tüfənglərindən ibarət
kolleksiyasından istifadə edə bilməyəcək.
Qeyd olunur ki, polis odlu silahları müsadirə etməsə də, onun
saxlanma qaydaları və kimlərin ona çıxışı olması ilə bağlı yeni
şərtlər irəli sürüb.
Xatırladaq ki, 30 oktyabr tarixində Britaniya kralı III Karl
şahzadəni Ceffri Epşteyn qalmaqalı ilə bağlı bütün titullardan və
imtiyazlardan məhrum edib və onu kral iqamətgahından çıxarmaq
qərarı verib.

