
Bakı.Trend:
Siqaret qaçaqmalçılığı ilə bağlı saxlanılanların adları
açıqlanıb.
Trend xəbər
verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinin yaydığı
məlumatda bildirilib.
Məlumata görə, Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və
Enerji Resursları Baş Gömrük İdarəsinin Bakı Hövsan Beynəlxalq
Ticarət Dəniz Limanı Gömrük postu, “Bakı Hövsan Beynəlxalq Ticarət
Dəniz Limanı” Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları və cinayətkar
birliyin digər üzvlərinin qanunsuz əməlləri barədə cinayət işi üzrə
istintaq tədbirləri nəticəsində “Bakı Hövsan Beynəlxalq Ticarət
Dəniz Limanı” ASC-nin faktiki rəhbəri Ruslan Eyyubov, ASC-nin baş
direktoru Rəşad Daşdəmirov, Liman xidmətinin rəisi Zaur Haşımov,
Limanın briqadiri Fərrux Haqverdiyev, Dövlət Gömrük Komitəsinin
Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin Bakı
Hövsan Ticarət Dəniz Limanı Gömrük postunun rəisi Fərid Usubov,
həmin Gömrük postunun inspektorları Heydər Eyvazlı, Tamerlan
Axundzadə və Tahir Tahiri qeyd olunan Baş Gömrük İdarəsinin
Əməliyyat Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinin böyük əməliyyat
müvəkkili Ənvər Tağıyev, habelə tütün məmulatlarının nəqliyyat
vasitələri ilə daşınması və saxlanmasını həyata keçirən Elçin
Rüstəmov, Fariz Məhərrəmov, Firuz Əliyev, Amil Cəbrayılov, Ələsgər
İsmayılov, Rövşən Tarverdiyev, eləcə də istintaqla şəxsiyyətləri
araşdırılan qeyriləri mütəşəkkil dəstə halında cinayət əlaqəsinə
girməklə Birləşmiş Ərəb Əmirlikləri və İran İslam Respublikasından
ümumilikdə 5,4 milyon manatdan artıq dəyərdə* aksiz markası ilə
markalanmalı olan tütün məmulatlarını belə marka olmadan gəmi ilə
qeyd edilən Limandan qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə
keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.
Toplanmış ilkin sübutlar əsasında həmin şəxslər Azərbaycan
Respublikası Cinayət Məcəlləsinin müvafiq olaraq:
– 206.4 (mütəşəkkil dəstə tərkibində külli miqdarda
qaçaqmalçılıq),
– 213-1.2.1, 213-1.2.2, 213-1.2.3 (qabaqcadan əlbir olan bir
qrup şəxs tərəfindən təkrarən külli miqdarda aksiz markası ilə
markalanmalı olan malları belə marka olmadan satış məqsədi ilə
saxlama) və
– 308.2-ci (ağır nəticələrə səbəb olmaqla vəzifə
səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə
təqsirləndirilən şəxs qismində cəlb ediliblər.
İş üzrə Ruslan Eyyubov, Rəşad Daşdəmirov, Fərid Usubov, Heydər
Eyvazlı, Tamerlan Axundzadə, Zaur Haşımov, Fərruz Haqverdiyev,
Fariz Məhərrəmov barəsində ibtidai istintaqı orqanının vəsatəti və
ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun
təqdimatı əsasında məhkəmənin qərarı ilə *həbs,* Firuz Əliyev
barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib, digər
şəxslər istintaqdan yayınmaq məqsədilə ölkə ərazisini tərk
etdiklərinə görə barələrində *qiyabi həbs* qətimkan tədbiri
seçilməklə *beynəlxalq axtarış* elan olunub.


